Zaqatala rayonunda minik avtomobili aşıb, ölən var.

"Unikal" xəbər verir ki ,hadisə axşam saatlarında rayonun Yeni Suvagil kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli