PSJ komandası 2013-cü ildən etibarən Fransa Superkuboku uğrunda son 13 oyundan 12-də qalib gəlib.

"Unikal" xəbər verir ki, yeganə məğlubiyyət 2021-ci ildə qeydə alınıb. Həmin vaxt turnirin qalibi "Lill" klubu olub. Digər bütün illərdə PSJ rəqiblərinə şans verməyib.

Paris təmsilçisi bu turnirdə ilk uğurunu 1995-ci ildə, ikinci dəfə isə 1998-ci ildə qazanıb.

Qeyd edək ki, ötən gecə PSJ Superkubokun finalında “Marsel”ə qalib gəlib. Oyunun əsas vaxtı heç-heçə (2:2) ilə başa çatıb. Luis Enrikenin baş məşqçisi olduğu kollektiv penaltilər seriyasında daha dəqiq (4:1) oynayaraq 14-cü dəfə bu titula sahib çıxıb.