Lənkəranda tanınmış aqrar mütəxəssis Təyyub Rzayev 79 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, o, 1947-ci ildə Lənkəran rayonunun Bala Şürük kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin ilin may ayında Lənkəran rayonundakı Murdov-1 sovxozunda entomoloq kimi başlayıb. 1972–1985-ci illərdə Babək adına Tərəvəzçilik-Çayçılıq Sovxozunda baş aqronom və direktor, 1985–1998-ci illərdə isə Həzi Aslanov adına sovxozda direktor müavini və baş aqronom vəzifələrində çalışıb.
Təyyub Rzayev 2001-ci ilin aprelindən Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasına rəhbərlik edib.
2002–2006-cı illərdə Zona Təcrübə Stansiyasının direktoru vəzifəsini icra etməklə yanaşı, Lənkəran Regional Aqrar Elm Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2016-cı ildən Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.






.jpg)





.jpg)



.jpg)




.webp)














.jpg)





.jpeg)












