İranın Ali Lideri Əli Xamenei xaricdən dəstəklənən elementləri ölkədə sabitliyi pozmağa çalışmaqda günahlandırıb. 

"Unikal" xəbər verir ki, onun çıxışını İran Dövlət televiziyası yayıb.

"Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçıların qarşısında geri çəkilməyəcək", - deyə Xamenei bildirib.

Tehranda baş verən iğtişaşlara toxunan Xamenei etirazçıların ABŞ prezidentini razı salmaq üçün hərəkət etdiyini bildirib.

"Onlar onu (ABŞ Prezidenti Donald Tramp, - red.)  razı salmaq istəyirlər. Əgər o, bir ölkəni necə idarə etməyi bilsəydi, öz ölkəsini idarə edərdi", - deyə o bildirib və əlavə edib ki, Amerikanın bir çox problemi var.

İran Dövlət televiziyası həmçinin onun "ABŞ prezidentinin əlləri 1000-dən çox iranlının qanı ilə ləkələnib" sözlərini sitat gətirib.

Xamenei həmçinin tərəfdarlarını birliyi qorumağa çağırıb. 

***13:29

İranın Ali Lideri Əli Xamenei tezliklə dövlət televiziyası vasitəsilə çıxış edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Bildirilir ki, o İranda etirazların davam etdiyi bir vaxtda açıqlama verəcək. 

Gülayə Mecid