ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib.

"Unikal"ın məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı açıqlama yayıb.

Bildirilir ki, səhərə qədər davam edən “Olina" adlı gəminin tutulması əməliyyatı ABŞ dəniz piyadaları və donanması tərəfindən həyata keçirilib.

Daxili təhlükəsizlik katibi Kristi Noem bildirib ki, “Olina” sanksiyalar altında olan "kölgə donanması"na məxsus tanker gəmisidir. Qeyd olunur ki, gəmi saxta şəkildə Timor Lestedə qeydiyyatdan keçirilib.

Bu, son həftələrdə ABŞ tərəfindən ələ keçirilən beşinci tankerdir.