ABŞ prezidenti Donald Tramp etirazçıları öldürəcəyi təqdirdə "İrana sərt zərbələr endirəcəyinə" söz verib.

"Unikal" xəbər verir ki, bu barədə o, İrandakı davam edən etirazları şərh edərkən danışıb.

"İzdiham o qədər çoxdur ki, nəticədə insanlar ölüb", - deyə Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin İran xalqına müraciət edərək bildirib ki, vətəndaşlar "azadlığa inanmalıdırlar". O əlavə edib ki, ABŞ etirazları yaxından izləyir.

“Bunu demək istəmirdim, amma deyəcəyəm — onların vəziyyəti yaxşı deyil. Onlar çox pis durumdadırlar. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər insanlar öldürülməyə başlasa — hansı ki, etirazlar zamanı bunu tez-tez edirlər — biz onları çox sərt şəkildə vuracağıq”, - deyə Ağ Ev rəhbəri bildirib. 

Qeyd edək ki, etirazlar artıq onuncu gününə qədəm qoyub və ən azı 92 şəhərdə keçirilir.