Bu gün ABŞ, Venesuelanın müvəqqəti hakimiyyəti ilə koordinasiyalı şəkildə, icazəmiz olmadan Venesuelanı tərk edən bir neft tankerini ələ keçirdi.
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bu tanker artıq Venesuelaya qayıdır və neft bu cür satışlar üçün yaratdığımız Böyük Enerji Sazişi çərçivəsində satılacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Karib dənizində “Olina" adlı gəmini ələ keçirib.
