Fransa Milli Assambleyasının vitse-spikeri Klemens Höte ölkənin NATO-dan çıxması ilə bağlı qətnaməni səsverməyə çıxarmaq niyyətində olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, siyasətçi qərarını ABŞ-ın hərəkətləri ilə əlaqələndirib. 

Höte özünün "Telegram" kanalında yazıb:

"Fransanın ABŞ-nin rəhbərlik etdiyi və ona xidmət edən hərbi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi indiyədək olduğundan daha çox qaldırılır".

Parlament vitse-spikeri ABŞ-nin Qrenlandiyaya iddialarından və Venesuela prezidenti Nikolas Maduronun zorakılıqla oğurlanmasından bəhs edib.
Höte həmçinin Amerika rəhbərliyini beynəlxalq hüququ pozaraq insanları bombaladığına görə tənqid edib.