Amerikalı müğənni Bad Bunny bir qadının qaldırdığı milyonluq iddia ilə gündəmə gəlib.

"Unikal" xəbər verie ki, gənc ifaçı Taynali Serrano Rivera onun mahnılarında öz səsinin icazəsiz istifadə olunduğunu bildirərək 16 milyon dollar təzminat tələb edir.

Riveranın iddiasına görə, o, bir neçə il əvvəl səsyazma üçün müəyyən ifadəni səsləndirib, lakin həmin materialın kommersiya məqsədilə istifadə ediləcəyindən xəbəri olmayıb. Onun dediyi fraza daha sonra Bad Bunny-nin bəzi məşhur treklərinə daxil edilib və geniş yayılıb.

Qadın hesab edir ki, nə özü ilə müqavilə bağlanıb, nə də səsinin istifadəsinə razılıq verib. Buna görə də həm müğənniyə, həm də onun prodüser və səsyazma şirkətinə  qarşı hüquqi iddia qaldırılıb.
Hazırda qarşı tərəf məsələ ilə bağlı açıqlama verməyib.