Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə traktor toqquşub. Qəza zamanı "VAZ 2107" sürücüsü 1977-ci il təvəllüdlü E.M aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov