Rusiya Müdafiə Nazirliyi Ukraynaya "Oreshnik" raketləri ilə zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb. 

"Ukraynadakı vacib hədəflərə qarşı "Oreshnik" orta mənzilli mobil yerüstü raket sistemi də daxil olmaqla, uzun mənzilli, quru və dəniz əsaslı dəqiq silahlardan, eləcə də zərbə dronlarından istifadə etməklə kütləvi zərbə endirilib", - məlumatda qeyd olunub. 

Bildirilir ki, hücum Kiyevin 2025-ci il dekabrın 29-u gecəsi Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdinə cavabdır.