Ukrayna Rusiyanın "Oreşnik" raket zərbəsindən sonra təcili olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını çağırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında məlumat yayıb. 

Ukraynalı nazir qeyd edib ki, "Rusiya Lvov bölgəsinə qarşı "Oreşnik" adlanan orta mənzilli ballistik raketdən istifadə edib". 

Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədləri yaxınlığında belə bir zərbə Avropa qitəsi üçün ciddi təhlükə yaradır. Sibiqa bildirib ki, Ukrayna hakimiyyəti bu zərbənin təfərrüatları barədə diplomatik kanallar vasitəsilə ABŞ-ni , Avropa tərəfdaşlarını və beynəlxalq təşkilatları məlumatlandırıb və onlardan Rusiyanın hərəkətlərinə qəti cavab tələb edib.

Gülayə Mecid