Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 “Unikal”ın məlumatına görə, qəza rayonun mərkəzində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza zamanı “Mercedes”in sərnişini, 1969-cu il təvəllüdlü S. Məmmədova hadisə yerində həyatını itirib.

Minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü F. Məmmədov isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov