Türkiyənin qərb bölgələrini və Qara dəniz sahillərini vuran cənub küləyi İstanbulda həyata mənfi təsir göstərib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, küləyin sürəti saatda 80 kilometrə çatıb. Mütəxəssislər insanları damların altında gəzməməyə, sahil ərazilərindən uzaq durmağa və vacib işləri olmayanları evdə qalmağa çağırıblar.
Güclü küləklər səbəbindən 3,5-5 metr hündürlüyə çatan dalğalar bəzi ərazilərdə dalğaqıranları aşaraq sahil xəttinə çatıb. Beyoğlu, Beşiktaş, Sarıyer, Silivri, Zeytinburnu və Tuzlada dalğaların hündürlüyü artıb. Dəniz səviyyəsinin qalxması səbəbindən Beşiktaş körpüsündə daşqın baş verib və körpü ehtiyat tədbiri olaraq bağlanıb.
Qeyd olunur ki, Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər ölüb.
Gülayə Mecid
