"Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərara dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir qərar imzalayıb.

Qərara əsasən, Xocavənd, Xocalı, Tovuz, Culfa, Ordubad, Ağcabədi və Cəlilabad rayonlarında ölkə əhəmiyyətli memarlıq abidələrinin yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.

Eyni zamanda Ağcabədi, Cəlilabad, Göygöl, Xocalı, Qazax, Qusar, Oğuz, Şəki, Culfa rayonlarında ölkə əhəmiyyətli arxeoloji abidələrin də yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.