"Məmurların təyini məsələsində Prezident çox doğru olaraq qeyd etdi ki, etimadı doğrultmaq üçün çox sadə əsaslar var. Bu sadə əsaslara kimlər əməl edəcəksə, problem yaşamayacaq. Çünki vəzifə götürmək, məsuliyyət götürməkdir".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, namizədləri təqdim edən mexanizmin doğru qurulmasına ehtiyac var:
"Bəzən görürsən ki, heç kimin tanımadığı adam hansısa vasitə ilə yüksək vəzifəyə gələ bilir. Amma bunun cəmiyyətdə reputasiyası, gördüyü işlər, onunla bağlı hansısa məqamlar diqqətdən kənarda qalır. Sonra vəzifədə olanda bu mənfi xüsusiyyətlər üzə çıxır. Prezident bu məqama diqqət yetirdi ki, təyin edilən kadrlar birinci növbədə məsuliyyət hissinə sahib insanlar olmalıdır. Əgər belə olursa, hər kəs olduğu sahədə uğurla fəaliyyət göstərə biləcək".
Anar Kəlbiyev
