Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
"Unikal" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.
***
23:01
Duman səbəbilə bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda “dumanlı hava” işarəsi qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
