Göygöldə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Zərbənin təsirindən avtomobillərin biri idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
