“Utair” aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uçuş zamanı fövqəladə vəziyyət siqnalı (“7700”) verib.
"Unikal" xəbər verir ki, məlumata görə, Boeing 767-224 tipli təyyarə təxminən bir saat əvvəl Əl-Məktum hava limanından havaya qalxıb və saat 21:15-də Moskvanın Vnukovo hava limanına enməli idi.
İlkin məlumatlara əsasən, qeyri-standart vəziyyət qalxışdan dərhal sonra yaranıb.
Hazırda təyyarə yanacağı boşaltmaq üçün şəhər üzərində dövrələr edir və indiyədək 10-dan çox dövrə vurub.
