Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21099" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Qəza zamanı 1993-cü il təvəllüdlü S. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov