Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun qonorarını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, modern.az-a açıqlamasında deyib.
Natiq Şirinov qrup üzvlərinə ödədiyi məbləğin musiqi bazarında nadir hallarda rast gəlindiyini bildirib:
“Azərbaycanda bütün musiqi dünyasından soruşun ki, kim 5 dəqiqəyə ifaçılara 300 manat pul verir? Bizdə qiymət 10 min manatdan 50 minə qədər dəyişir. Dəqiqəyə görə hesablanır. Mən 5 dəqiqəlik ifa üçün 10 min manat alıram. Bir dəfə kimsə dedi ki, nağaranı sadəcə çıxarıb göstərməyə nə qədər pul istəyərsən? Dedim, 5 min. Mən süpürgəçi ananın oğluyam, pul mənim üçün əsas dəyər deyil. Sadəcə, hazırkı reallıq budur ki, insanın dəyərini pulla ölçürlər, hamı pul haqqında düşünür. Bu məqaləni oxuyanlar da deyəcək ki, “bax, nə qədər qazanırmış”. Amma heç kim fikirləşmir ki, mən 150 nəfərlik heyətlə işləyirəm. Mən onlara digərləri kimi 10-15 manat vermirəm. Çıxış olub-olmamasından asılı olmayaraq, hər birinə 300 manat ödəyirəm. Əgər 10 min manatın 4-5 mini mənə qalırsa, qoy onlar da evlərinə 300-600 manat pul aparsınlar”.
