Dövlət Gömrük Komitəsinə Aparat rəhbəri təyin olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Əsədov Kənan Elmar oğlu DGK-nin Aparat rəhbəri təyin edilib.
30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdu.
Anar Kəlbiyev
