Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.
