Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Murad Nəzirov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
M.Nəzirov uzun sürən xəstəlikdən sonra 38 yaşında vəfat edib. Onun Turan adlı bir övladı var.
Qeyd edək ki, Murad Nəzirov İqtisad Universitetinin məzunu olub və Ağstafa RİH-də çalışdıqdan sonra digər dövlət qurumlarında da fəaliyyət göstərib.
