Yanacaq çatışmazlığı və yolların bağlı qalması Qəzzada humanitar səylərə böyük maneə törədir.
"Unikal" Qətər Xəbər Agentliyinə istinadən xəbər verir ki. bu fikirlər BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Mərkəzinin (UNOCHA) bəyanatında yer alır.
Bəyanatda qeyd olunur ki, yanacaq yüklərinin çatdırılması bərpa olunsa da, onların təyinat yerinə çatmasında əngəllərin qalması, yollarda sıxlıq və saxlanma yerlərinin azlığı xərcləri artırır. Nəticədə yardımlar gecikir. Bildirilir ki, BMT tərəfdaşları 2023-cü ilin oktyabrından sonra ilk dəfə olaraq aylıq ərzaq paylarının verilməsinə yenidən başlayıblar. Ərzaq 100 min nəfərə təhvil verilib.
Qeyd olunur ki, atəşkəs rejimi qüvvəyə minən gündən 35 tibb məntəqəsi işini bərpa edib, 25 yeni məntəqə qurulub. Bu xidmətlərin əksəriyyəti Qəzzanın şimalında təşkil olunub. Müvəqqəti tədris-təhsil məkanların sayı genişləndirilərək 424 məkana çatdırılıb.
