Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasının xəyanət və gizli sövdələşmə ilə əlaqəli olduğunu bildirib.
"Unikal" xəbər verir ki, "Mənəvi Dirçəliş Uğrunda" mükafatının təqdimetmə mərasimindən sonra Lukaşenko Venesuela məsələsini qaldırıb.
"İstəyirəm ki, başa düşəsiniz: hər şey var idi. Razılaşma var idi və Venesueladakı insanlara pul ödənilirdi. Həm hərbçilərə, həm də mülki şəxslərə. Söhbət var idi və xəyanət var idi", - deyə o bildirib.
