Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonunun Daşburun qəsəbəsində Vüqar Həsrət oğlu Əliyevə məxsus kafedə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib.

“Belə ki, qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, qida ilə təmasda olan səthlər asan təmizlənən, dezinfeksiyaya və korroziyaya davamlı materialdan hazırlanmayıb, havalandırma sistemi quraşdırılmayıb və sair tələblər pozulub”, - deyə məlumatda vurğulanıb.

Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.