Tehranın mərkəzində şəhərin əsas bazarında kütləvi iğtişaşlar baş verib.
"Unikal" xəbər verir ki, daha sonra bu iğtişaşlar polislə toqquşmaya çevrilib.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.
*** 14:59
İranda iqtisadi problemlərdən qaynaqlanan etirazlar doqquz gündür davam edir.
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, 257 yerdə keçirilən nümayişlərdə 64 nəfər yaralanıb,35 nəfər ölüb, 1203 nəfər saxlanılıb. Xəsarətlərin əksəriyyətinin ov tüfəngindən atılan güllələr və plastik güllələr nəticəsində yarandığı bildirilir.
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən tacirlərin başlatdığı etirazlar İranın bir çox şəhərinə yayılıb. Fars Xəbər Agentliyi nümayişlərdə 250 polis məmurunun və 45 Bəsic milisinin yaralandığını bildirib.
