Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub.

"Unikal" kluba istinadən xəbər verir ki, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər.

Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində "Nazilli Belediyyespor", "Bucaspor", "Karşıyaka", "Altınordu", "Trabzonspor" və "İkas Eyüpspor" klublarında çalışıb.

32 yaşlı Fuad Əsədov isə əvvəllər "Neftçi" Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandamızda çalışıb. O, "Rəvan" (U-19) və "Səbail" klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarımızda da işləyib.