Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, Sevinc Kərimova “Karvan” qrupunun və Bakı Payızı müsabiqəsinin yaradıcılarından biri olub, həmçinin bəstəkar Mikayıl Vəkilovun həyat yoldaşı idi.
Sevinc Kərimova ailəsi ilə birlikdə ABŞ-da yaşayırdı.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunanlar arasında olub.
