İranda etiraz aksiyaları genişlənərək kütləvi hal alıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar fonunda Rusiyanın yük təyyarələri Tehrana eniş edib. 

Britaniyalı millət vəkili Tom Tugendhat sensasion iddialarla çıxış edərək bildirib ki, Rusiya yük təyyarələri İrandan xeyli miqdarda qızıl çıxarıb. Onun fikrincə, bu, İran rəhbərliyinin hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərir:

"Biz həmçinin Rusiya yük təyyarələrinin Tehrana gəldiyini və eniş etdiyini görürük, onların ehtimal ki, silah və sursat daşıdığı və İrandan külli miqdarda qızıl çıxardığı barədə məlumatlar alırıq". 

Bir müddət əvvəl Qərb mediası İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölkədə davam edən kütləvi etirazlar nəzarətdən çıxacağı və özünün və yaxınlarının həyatı təhlükədə olacağı təqdirdə Tehranı tərk edib köməkçiləri və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunmağı düşündüyünü bildirmişdi.

Ağarza Elçinoğlu