Uzun illər ərzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış və Sovet İttifaqının daha sonralara isə Rusiyanın xeyrinə casusluq edərək dövlətə xəyanata görə tutulmuş Aldriç Eyms 84 yaşında vəfat edib.

"Unikal" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, o cəza çəkdiyi Merilend ştatının Kumberlend Federal cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Həmin həbsxanada o ömürlük həbs cəzası çəkirdi.

Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) 31 il xidmət etmiş Eyms casusluq ittihamı ilə 1994-cü ildə həbs olunub. O, 1985-ci ildən etibarən KQB-yə məxfi məlumatlar ötürməyə başlamış, bunun nəticəsində CIA və FBI-ın çoxsaylı insan mənbələri ifşa edilmiş, onlardan bəziləri isə sonradan edam olunmuşdur.