Salyanda minik avtomobili ilə mikroavtobus toqquşub, 9 nəfər xəsarət alıb

“Unikal” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Salyan şəhəri ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, eləcə də sərnişinlər — 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli