İzmir Ədliyyəsinin girişinin yaxınlığındakı səkidə qoyulmuş bağlama çaxnaşmaya səbəb olub.
"Unikal" xəbər verir ki, məhkəmə binasında və ətrafında növbətçi olan polis əməkdaşları şübhəli bağlama ilə bağlı tədbir görüblər. Ərazi mühasirəyə alınıb və bölgə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün bağlanıb.
Bir müddət sonra hadisə yerinə gələn bomba mütəxəssisi şübhəli bağlamanı qoruyucu ilə partladıb, lakin onun boş olduğu ortaya çıxıb.
Xatırladaq ki, iki PKK terrorçusu 5 yanvar 2017-ci ildə İzmir Ədliyyəsinin qarşısında silahlı hücum təşkil edib. Terror aktında polis məmuru Fethi Sekin və məhkəmə işçisi Musa Can həlak olub.
