Bakı metrosunda stansiya yoluna düşən sərnişin ölüb.

"Unikal" xəbər verir ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Bun baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində Yaşıl və Qırmızı xətlər üzrə hərəkət qrafikində yaranmış qısamüddətli yubanmalar aradan qaldırılıb, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

XXX

20:30

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.

"Unikal" xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. 

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək.