İndoneziyanın Şimali Sulavesi əyalətində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət təkcə ölümlə deyil, həm də kütləvi təxliyə ilə nəticələnib. Xilasetmə xidmətləri 444 yerli sakini məktəblər və kilsələr də daxil olmaqla təhlükəsiz zonalara köçürmək məcburiyyətində qalıb. Qəfil daşqın nəticəsində xəsarət alanların sayı 18-ə çatıb. Axtarış qrupları hələ də itkin düşmüş dörd nəfəri axtarır.

Daşqının nəticələrinin aradan qaldırılması və palçıq və dağıntı təbəqələri ilə bağlanmış yolları təmizləmək üçün təcili olaraq ekskavatorlar da daxil olmaqla ağır texnika zərər çəkmiş ərazilərə göndərilib.