Venesuela neftinin dünya bazarında satış müddəti məhdudlaşdırılmayıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin açıqlamasında deyilir.
“Neftin satışı dərhal başlayacaq, təxminən 30–50 milyon barel neftin satılması gözlənilir. Satış qeyri-müəyyən müddət ərzində davam edəcək”, – deyə məlumatda bildirilib.
Açıqlamadan həmçinin məlum olur ki, ABŞ artıq Venesuela neftinin dünya bazarında satışına başlayıb. Neft satışından əldə edilən vəsaitlər ABŞ-ın nəzarətində olan bank hesablarına köçürüləcək. Daha sonra bu vəsaitlər Vaşinqtonun qərarına əsasən Amerika və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək, – deyə qurum vurğulayıb.
