İtaliya A Seriyasında 19-cu tur çərçivəsində "Napoli" doğma azarkeşləri önündə "Verona"nı qəbul edib.

"Unikal" xəbər verir ki, çempion autsayder qarşısında çətin anlar yaşayıb.

İlk hissədə hesabda iki top geriyə düşən meydan sahibləri ikinci yarıda tarazılıq yaratmağı bacarıblar - 2:2.

Beləliklə də, hazırda Neapol təmsilçisi aktivindəki 38 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. "Verona" isə 13 xalla 18-ci pillədə qərarlaşıb