Bu gün Qərb ölkələri enerji resursları uğrunda mübarizədə digər dövlətləri təhdid etmək üçün istifadə etdikləri rıçaqları itirirlər.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışı zamanı bildirib.

"Enerji resursları uğrunda mübarizədə yeni və çox aqressiv bir rəqabətin yaranacağı aydındır. Qərb dünyası illərdir digər ölkələri təhdid etmək üçün istifadə etdiyi arqumentləri tədricən itirir. Biz resursların bölüşdürülməsi uğrunda şiddətli bir mübarizənin tam mərkəzindəyik", - deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə bir sıra böhranlara və hərbi münaqişələrə baxmayaraq, 2025-ci ildə "xalqın etimadını doğrulda" bilib.