Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

"Unikal" xəbər verir ki, xəstəxanadan bildirilib ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, - deyə məlumatda vurğulanıb.