Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə Venesuela arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Lukaşenko müsahibəsində bildirib.
“Keçən dəfə ABŞ ilə danışıqlarda Venesuela məsələsi də qaldırılıb. Mənim mövqeyimi bilirsiniz; bu, artıq qeyd olunub. Biz razılığa gəlməliyik. Əgər amerikalılara hər hansı bir şəkildə kömək edə bilsək, biz hazırıq, amma yalnız dürüst şəkildə, tərəf tutmadan”, - deyə Lukaşenko bildirib.
