Serbiya Gürcüstanda tezliklə səfirlik açacaq.

"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç gürcü həmkarı Mixeil Kavelaşvili ilə görüşündə açıqlayıb. 

Serbiya lideri həmçinin Azad Ticarət Sazişinin 2026-cı ildə qüvvəyə minəcəyini elan edib.

"Gürcüstanın Qara dənizə çıxışı var və Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir. Gürcüstan dünyada həyati əhəmiyyətli mövqe tutur", - Vuçiç deyib.

O əlavə edib ki, Serbiya Gürcüstandan məhsulları digər ölkələrdən daha aşağı qiymətlərlə almağı gözləyir. O, həmçinin qeyd edib ki, serbiyalı iş adamları Gürcüstan bazarında daha böyük imkanlara sahib olacaqlar.