Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

"Almaniyaya xoş gəlmisiniz, cənab Baş nazir", - səfir erməni dilində deyib. 

Daha sonra o, İngilis dilində davam edib: "Bölgəmizdə bir neçə il əvvəl təsəvvür edilə bilməyən böyük transformasiya baş verir. Bu, bizim və sizin çatdığınız əlaqələrimizdə ən sabit dövrdür".

Ağarza Elçinoğlu