Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni tənzimləmə elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir.
Qanun pozuntusuna görə 5 ilədək həbs cəzası nəzərdə tutulur.
