Bu gün səhər saatlarında Ukrayna Milli Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun əməkdaşları Prezident Aparatının rəhbəri Andriy Yermakın hökumət məhəlləsindəki iqamətgahında axtarışlar aparıblar.

"Unikal" xəbər verir ki, bu barədə NABU məlumat yayıb. 

"NABU və SAP Ukrayna Prezident Aparatının rəhbərinin binasında axtarış aparır. Bu istintaq hərəkətlərinə icazə verilib və istintaq çərçivəsində həyata keçirilir", - məlumatda deyilir.

***10:26

Ukraynanın antikorrupsiya qurumları – Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın evində axtarışlara başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb. 

"NABU və SAP bu gün səhər saatlarında Andriy Yermakın yerində axtarışlar aparır", - deyə o, teleqram kanalında yazıb. 

Gülayə Mecid