Dünən gecə Rusiyaya məxsus ağır hərbi-nəqliyyat təyyarəsi Tehrana eniş edib.
"Unikal" xəbər verir ki, məlumatı “Müqavimət Cəbhəsi Xəbərləri” Teleqram kanalı “Flightradar24” uçuş izləmə xidmətinə istinadla yayıb. Daşınan yük və səfərin məqsədi ilə əlaqəli rəsmi açıqlama verilməyib.
İran və Rusiya arasında artan hərbi və texniki əməkdaşlıq fonunda bu uçuş diqqət çəkib.
