Suriyanın paytaxtı Dəməşq Milli Muzeyindən qədim Roma dövrünə aid bir neçə mərmər heykəl oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə AP Suriya rəsmilərinə istinadən məlumat yayıb.
Oğurluq bazar ertəsi aşkar edilib, bundan sonra muzey müvəqqəti olaraq bağlanıb. Suriyanın Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin nümayəndəsi altı mərmər heykəlin oğurlandığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Parisdəki Luvr muzeyindən qızıl-zinət əşyaları, Norveçin Stavanger şəhərindəki muzeydən də 15.000 dollar dəyərində heykəl oğurlanıb.
