Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşdığını və Serbiya ordusunun gücləndirilməli olduğunu deyib. 

"Unikal" xəbər verir ki, Serbiya lideri televiziyalardan birinə verdiyi müsahibəsində deyib:

"Serbiya yaxınlaşan müharibə qarşısında çətin vəziyyətdədir. Yaxınlaşan münaqişə ilə bağlı qorxularım əsassız olarsa, mən də şad olaram və atəşfəşanlıq edəcəyəm. Lakin Serbiya özünü silahlandırmağa davam etməlidir", - deyə Vuçiç vurğulayıb. 

Prezidentin sözlərinə görə, əsas prioritet ölkənin Hərbi Hava Qüvvələrinin gücləndirilməsidir. Bu açıqlama Qərblə Rusiya arasında artan gərginlik fonunda səslənib