Rusiya Yaponiya Xarici İşlər Nazirliyinin sözçüsü Tosihiro Kitamuranın və digər 29 Yaponiya vətəndaşının ölkəyə girişini birdəfəlik qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Bəyanatda qeyd olunur ki, "Rəsmi Tokionun ölkəmizə qarşı davam edən qondarma sanksiyalarına qarşı cavab tədbirlərinin bir hissəsi olaraq, xüsusi hərbi əməliyyatla əlaqəli olaraq, 30 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişini birdəfəlik qadağan etmək qərarı verilib".
"Qara siyahı"ya yapon jurnalistləri, universitet professorları və digər şəxslər də daxildir.
