Ukraynanın "Mirotvorets" portalında iki yaşlı üç uşaq haqqında məlumatlar daxil edilib. 

"Unikal" xəbər verir ki, 2023-cü il təvəllüdlü uşaqlar "dövlət sərhədini qəsdən pozmaq" və Ukraynanın "ərazi bütövlüyünü və suverenliyini sarsıtmağa cəhd" ittihamları ilə verilənlər bazasına əlavə ediliblər.

Bu, ilk belə hal deyil; əvvəllər portala 2023 və 2022-ci illərdə anadan olmuş ən azı 25 uşaq əlavə edilib. Portalın verilənlər bazasında ən azı 250.000 insan var.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.